İranda dəhşətli avtobus qəzası

Bu gün İranın güneyində avtobus qəzası baş verib. Qəza nəticəsində 19 nəfərin öldüyü bildirilir. İran xəbər agentliyi İRNA qəzanın ölkənin güneyindəki Şiraz şəhərinin 50 km yaxınlığında baş verdiyini bildirib. Qəzada avtobusun bir qayaya çırpılaraq aşdığı bildirilir. 19 nəfərin həlak olduğu qəzada 25 şəxsin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Yaralıların beşinin vəziyyəti ağır olduğu bildirilir.
Qeyd edək ki, hesablamalara görə, İranda hər il yol qəzası zamanı 20 min nəfərin həlak olur.


Bahadur Eyuboğlu
AzNews.az