CİA rəhbəri Türkiyəyə gedib

ABŞ Təhlükəsizlik Təşkilatının (CİA) rəhbəri Devit Petruasın sentyabrın 2 - də Türkiyəyə səfər etdiyi barədə məlumatlar yayılıb. Məlumatlara görə D.Petruas Türkiyə rəsmiləri ilə artıq bir sıra müzakirələr aparıb.

Türkiyədə səfərdə olduğu müddətdə ABŞ təmsilçisini baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və bu əlkənin təhlükəsizlik xidməti rəsmiləri ilə görüşəcəyi də yayılan xəbərlər arasındadır.

Görüşlərdə əsas məqsədin Suriyadakı vəziyyətin müzakirəsi olduğu bildirilsə də, ekspertlər PKK məsələsinin də gündəmdə olacağını istisna etmirlər.

Alpər
AzNews.az