03:33
(077) 610-22-33

16 yaşlı qıza 100 şallaq vurulacaq

  • >
655 5 Sentyabr 2012 08:29 | Dünya

Maldivdə 16 yaşlı qız 29 yaşlı gənclə nikahsız əlaqədə olduğuna görə 100 şallaq cəzasına məhkum edilib. Adı açıqlanmayan qız Raa adalarında ana və atasının şikayəti əsasında həbs edilib.

Bundan sonra o, 29 yaşlı gənclə əlaqəsi olduğunu etiraf edib. Şəriət məhkəməsi gənc oğlanı 10 il həbsə məhkum etməklə bərabər, qıza xalqın gözü önündə 100 şallaq zərbəsi vurulması barədə qərar çıxarıb.

Şəriət qanunlarına görə, qızlara 13 - 18 yaşında cinsi əlaqə qadağandır. Ancaq şəriət məhkəməsinin qızla bağlı qərarının icrası 2 il təxirə salınıb. Səbəb qızın hələ 18 yaşına çatmamasıdır.

Qeyd edək ki, ada-dövlətin islahatçı rəhbəri Məhəmməd Naşidin vəzifədən uzaqlaşmasından sonra ölkə şəriət qanunları ilə idarə olunur. 10 ay əvvəl adaya səfər edən BMT-nin insan haqları komitəsinin katibi Navi Pillay qıza qarşı cıxarılan şallaq cəzasına etirazını bildirib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X