Tehran-Bağdad-Dəməşq təyyarələri Əsədə yardım daşıyır

İran İraq vasitəsilə Suriyada Bəşər Əsəd qüvvələrinə yardım edir. Belə bir məlumat ABŞ - ın "The New York Times" qəzetində yer alıb.

Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, İran rejimi Suriyada müxalifət qüvvələrinin son naliyyətlərindən və sərhəd şəhərlərinin bəzisinin onların əlinə keçməsindən narahatlıq keçirərək İraq vasitəsi ilə Əsəd qüvvələrinə yenidən hərbi texnika və canlı qüvvə göndərməyə başlayıb.

Qəzet bildirir ki, İran öz yardımlarını Tehran-Bağdad-Dəməşq hava reysləri ilə sərnişin təyyarələri vasitəsi ilə həyata keçirir. İraq hakimiyyəti bu təyyarələri yoxlama hüququna malik olsa da indiyə qədər bu hüququndan istifadə etməyib.

Alpər
AzNews.az