Nota dərsliklərə qondarma “erməni soyqırımı”-nın salınması ilə bağlıdır Nota dərsliklərə qondarma “erməni soyqırımı”-nın salınması ilə bağlıdır

Türkiyə Fransaya nota verdi

Nota dərsliklərə qondarma “erməni soyqırımı”-nın salınması ilə bağlıdır



Türkiyə qondarma "erməni soyqırımı"-nın Fransa dərsliklərinə salınmasına etiraz əlaməti olaraq bu ölkəyə nota verib. AzNews.az-ın türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, diplomatik notanı Türkiyənin Fransadakı səfirliyi bu ölkənin Təhsil Nazirliyinə təqdim edib.

Türkiyə tərəfi bildirir ki, tarix və coğrafiya dərsliklərinə daxil edilən qondarma soyqırımla bağlı məlumatlar saxtadır və bu istiqamətdə tam araşdırma aparılmadan yerləşdirilib.

Fransa təhsil nazirliyindən cavab isə özünü çox gözlətməyib. Nazirlik diplomatik notaya cavab olaraq bildirib ki, Fransa 2001-ci ildə erməni soyqırımını rəsmən tanıyıb və bu barədə məlumatların dərsliklərə salınması çox normaldır.

Sadiq
AzNews.az