Bill Klinton Obamanı dəstəkləməyə çağırdı

Demokratlar Partiyasının qurultayında keçmiş prezident Bill Klinton Ağ Evdə ikinci müddətə prezident olması üçün amerikalıları Barak Obamaya dəstək verməyə çağırıb. "Prezident Obamanın yanaşması amerikalının 21 əsr Amerikası arzusunu reallaşdırmaq üçün gərəkli dəyərləri, idealları və istiqamətləri özündə təcəssüm etdirir".

AzNews.az-ın məlumatına görə, Obamanın qurultayda çıxışı sentyabrın 6-da gözlənilir. Noyabrın 6-da keçiriləcək prezident seçkisində onun rəqibi Massachusetts ştatının keçmiş qubernatoru Mitt Romneydir. Rəy sorğularına görə, Obama Romney üzərində az səs çoxluğu ilə fərqə malikdir.

AzNews.az