Barak Obama prezidentliyə rəsmi namizəd oldu

Barak Obama ABŞ Demokratlar partiyasının noyabrın 6-da keçiriləcək prezident seçkilərində rəsmi namizəd olmaq barədə təklifini qəbul edib. Qurultayın ABŞ-ın bütün ştat və mahallarından olan nümayəndələri Obamanın namizədliyini təsdiq ediblər.

Vitse-prezidentliyə namizəd kimi Cozef Bayden təsdiq olunub. Avqustun 31-də Massaçusetsin keçmiş qubernatoru Mitt Romni rəsmi olaraq Respublikaçılar partiyasının prezident seçkilərində namizəd olmaq təklifini qəbul edib.

AzNews.az