09:15
(077) 610-22-33

Suriya ətrafında yeni qalmaqal

  • >
626 8 Sentyabr 2012 10:14 | Dünya

Fransa hava hücumundan müdafiə silahları Suriyada peyda olub



Suriya silahlı müxalifəti Fransa istehsalı olan Hava Hücumundan Müdafiə silahlarından istifadə edir. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı adının çəkilməsini istəməyən bir qisim Fransız diplomatlar Almaniyanın Die Welt qəzetinə müsahibəsində etiraf ediblər.

Fransız diplomatlar Fransanın bu addımına haqq da qazandırıblar və bildiriblər ki, hava hücumundan müdafiə silahlarının Suriya müxalifətinə verilməsində məqsəd mülki əhalini aviazərbələrdən qorumaqdır.

Bununla belə rəsmi Paris faktı təkzib edir və bildirir ki, Suriya sanksiya tətbiq edilmiş ölkədir və Fransa ilə birbaşa ticarət əlaqəsi mümkün deyil. Fransanın Suriya silahlı müxalifətində olan hava hücumundan müdafiə silahları ilə nə birbaşa nə dolayı əlaqəsi yoxdur.

Sadiq
AzNews.az
Bağla X