09:26
(077) 610-22-33

Romni və Obamaya Amerika ermənilərindən 40 sual

  • >
706 10 Sentyabr 2012 13:04 | Dünya

Amerika ermənilərini əsasən namizədlərin “erməni soyqırımı” “Qarabağın öz müqəddəratını həll etmək hüququ” və “Cavax erməniləri” ilə bağlı mövqeyi maraqlandırır



"Prezidentliyə namizədlər Mitt Romni və Barak Obama Amerika ermənilərinin səsini qazanmağa səy göstərməlidirlər". AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Amerika Erməniləri Milli Komitəsinin mətbuat katibi Egizabet Çulqyan söyləyib.

O, həmçinin namizədləri ermənilər barədə fikirlərini açıqlamağa çağırıb və bildirib ki, namizədlərin Amerika Erməniləri Milli Komitəsində erməni əsilli seçicilərlə görüşü planlaşdırılır.

"Görüşün vaxtı hələ dəqiq deyil. Ancaq biz indidən hər iki namizədə 40 sual ünvanlamışıq". Çulqyan sualların hansı məsələlərlə bağlı olduğuna da aydınlıq gətirib və qeyd edib ki, Amerika ermənilərini əsasən namizədlərin "erməni soyqırımı" "Qarabağın öz müqəddəratını həll etmək hüququ" və "Cavax erməniləri" ilə bağlı mövqeyi maraqlandırır.

Sadiq
AzNews.az
Bağla X