13:10
(077) 610-22-33

İsrailin öldürdüyü fələstinlilərin sayı 1500-ü keçdi

  • >
636 1 Avqust 2014 08:44 | Dünya

Qəzza sektorunda İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1500-dən artıq fələstinli həlak olub, 7 mini yaralanıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.

Hərbi əməliyyatlar zamanı 20 məscid və beşdən artıq xəstəxana tamamilə dağıdılıb.

Qəzza sektorundakı hərbi əməliyyatlar zamanı İsrail ordusu 131 hərbi qulluqçusunu itirib. Bu barədə Türkiyənin "Anadolu" agentliyi HƏMAS hərəkatının hərbi qanadına istinadən xəbər yayıb. Lakin İsrail hakimiyyəti bu məlumatı təsdiq etməyib.

Avqustun birində İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin haqqında bəyan etdikləri üç günlük humanitar barışığa öz razılığını verib.

Tərəflərin 1 avqust ssat 08.00-dan etibarən atəşkəs barədə razılığa gəlmələri barədə ABŞ-ın dövlət katibi Con Kerri özünün Hindistana səfəri gedişində elan edib.

Bir müddət əvvəl Fələstinin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa dair razılıq verdiklərini İslam Müqavimət Hərəkatı (HƏMAS) təsdiqləmişdi.

AzNews.az
Bağla X