00:31
(077) 610-22-33

Polis binasından 51 kiloqram kokain oğurlandı

  • >
805 1 Avqust 2014 16:32 | Dünya

Paris polisinin binasından 51 kiloqram kokain itib.

ANS PRESS-in məlumatına görə, fransız polisi həmin narkotik partiyasını iyulun 4-də keçirdiyi əməliyyat zamanı müsadirə etmişdi. Onda dəyəri 2,5 milyon avro olan kokain partiyası ələ keçirilmişdi.

Narkotik vasitələr polisin Ke d`Orfevr, 36 ünvanda yerləşən qərərgahında yerləşdirilib. Anbara yalnız yüksək çinli zabitlərin girişi olub. İtki dəlillərin növbəti yoxlanması zamanı aşkar edilib. Bütün gecə binada axtarış aparılıb. Amma heç nə tapılmayıb. Artıq ilkin həbslər baş verib. Bunlar konteynerlərin boş olduğunu ilk aşkarlayan polis işçiləridir.

Bu, Ke d`Orfevrdə bu il baş vermiş ikinci oxşar hadisədir. Aprel ayında Kanadadan olan 34 yaşlı turist qadın Ke d`Orfevr zabitləri tərəfindən qrup şəklində zorlandığını bildirmişdi. Qadın özü də Kanada polisinin əməkdaşı olub. Həbs olunan polis əməkdaşlarından biri etiraf edib ki, kanadalı qadınla intim əlaqədə olub. Amma bu, qarşılıqlı razılıq əsasında baş verib.

AzNews.az
Bağla X