- Köhnə - Dünya
- 1 Avqust 2014 16:59
- 3 174
Bir ayda 1750 ölü
ANS PRESS-in məlumatına görə, şiələrin məskunlaşdığı Həbibiyə rayonunda törədilən avtomobil partlayışı nəticəsində azı 6 nəfər ölüb, 16 nəfər də yaralanıb. Səhiyyə rəsmiləri bu rəqəmlərin artacağını istisna etmirlər.
BMT-nin hesablamalarına görə, təkcə iyul ayında İraqda törədilən terror aktlarında 1750-yə yaxın adam ölüb ki, bunların əksəriyyətini də dinc sakinlər təşkil edir. 2 ay əvvəl isə "İraq və Şam İslam Dövləti" qruplaşmasının əlinə keçən Mosul şəhərində 2400-ə yaxın adam öldürülmüşdü.
AzNews.az