Çində zəlzələ: 175 ölü - VİDEO

Çində 6.5 ballıq zəlzələ olub.

ANS PRESS-in məlumatına görə, baş verən zəlzələ nəticəsində Yunyan əyalətində 175 nəfər ölüb.

Ancaq əvvəlcə ölənlərin sayının 150 nəfər olduğu deyilirdi.

Zəlzələnin episentrinin Ludyan yaşayış məntəqəsində olduğu haqda məlumat yayılıb.

Dünya mediasının xəbərlərində 1400 nəfərin zəlzələdən xəsarət aldığı, 800 nəfərin isə itkin düşdüyü haqda xəbərlər yer alıb.



AzNews.az