16:44
(077) 610-22-33

Sabah göydən Yerə iki sovet peyki düşəcək

  • >
1 419 3 Avqust 2014 22:05 | Dünya

Raket hücumu ilə bağlı əvvəlcədən xəbərdarlıq edən "Kosmos-903" sovet hərbi peyki istifadə müddəti başa çatdığı üçün avqustun 4-də gecə Yer kürəsinə düşəcək. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda kosmos məkanına nəzarət edən Amerika sistemi məlumat alıb.

Dəqiqləşdirilmiş məlumata görə, peyki atmosferin sıx qatına daxil olacaq və ballistik varlığını başa vuracaq. Peykin Berinq dənizi ərazisinə yaxın düşəcəyi ehtimal olunur. Digər bir ehtimala görə, atmosferin sıx qatına daxil olan peyk dağılacaq, onun ayrı-ayrı hissəcikləri Yerin səthinə qədər çata bilər.

Məlumatda o da qeyd edilir ki, avqustun 4-də günün ikinci yarısında daha bir peyk – "Kosmos-1151" də Yerə düşəcək. Onun isə Karski dənizi ətrafında atmosferin sıx qatına daxil olacağı ehtimal olunur.

Sovet peykləri 1977-ci il aprelin 11-də kosmosa göndərilib.

AzNews.az
Bağla X