Rusiya səhmləri olan şirkətlərə qadağa – Ukrayna

Ukrayna səhmlərinin 50 faizi Rusiya kompaniyalarına məxsus ölkə daxilində fəaliyyət göstərən şirkətlərə sanksiya tətbiq edəcək.
AzNews.az-ın məlumatına görə, Ukrayna mediası yazır ki, artıq bu ölkənin hökumətində səhmlərinin 50 faizi və ya daha artığı rus müəssisələrinə məxsus olan Ukrayna şirkətlərinin siyahısı hazırlanıb. Bura minə yaxın kompaniya daxil edilib.

Ukrayna hökumətindəki mənbə bildirib ki, bu siyahıya əsasən Rusiyanın dövlət qurumları ilə əməkdaşlıq edən və səhmlərinin böyük hissəsi həmin ölkənin əlində olan şirkətlər salınıb.

Bundan başqa Ukrayna prezidenti Petr Poroşenko Rusiya ilə hərbi-texnoloji əməkdaşlığı da qadağan edən qərar verib.

Məlumatda o da qeyd olunub ki, artıq Avropa Birliyi və ABŞ Rusiya şirkətlərinə qarşı analoji təcrid siyasətinə başlayıb.

Məhəmməd
AzNews.az