04:08
(077) 610-22-33

“65 şəhər və qəsəbə separatçılardan geri alınıb” – Müdafiə naziri

  • >
2 357 5 Avqust 2014 13:45 | Dünya

"Ukraynanın hərbi əməliyyatları davam etdirərək, qələbə qazanmaqdan başqa yolu qalmayıb".

AzNews.az-ın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Valeriy Qeletey BBC-yə müsahibəsində deyib.

V. Qeletey bildirib ki, Ukrayna yanan evə bənzəyir, ordu isə bu mənzilin daxilindən yanğını söndürməyə çalışır: "Əgər bu yanğın söndürülməyəcəksə, həmin alov Kiyevdə də, Xarkovda da yanacaq. Mən bütün ukraynalılara müraciət edərək, bildirirəm ki, alovun söndürülməsinə kömək edin".

Müdafiə nazirinin sözlərinə görə, ölkənin şərqindəki separatçı qüvvələrlə mübarizə davam etdirilir. Artıq Donetsk və Luqansk vilayətlərində 65 şəhər və qəsəbə separatçılardan geri alınıb.

Məhəmməd
AzNews.az
Bağla X