Amerika ordusunun generalı qətlə yetirildi- Əfqanıstanda

ABŞ ordusunun general-mayoru təlim obyektində yerli sakin tərəfindən güllələnib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə New York Times qəzeti Əfqanıstandakı NATO koalisiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, həlak olan general-mayor Əfqanıstanda 2001-ci ildən davam edən əməliyyat dövründə öldürülən ən yüksək rütbəli amerikalı hərbçidir.

Hücumu Əfqanıstanın Milli Ali Hərbi Akademiyasında hərbi geyimli əfqanlı törədib. Pentaqon məlumatı təsdiqləyərək, qeyd edib ki, hücum zamanı 1 amerikalı hərbçi həlak olub, 15 nəfər isə yaralanıb. Pentaqon həlak olan hərbçinin şəxsiyyətini və rütbəsini açıqlamır.
Əfqanıstan hərbçiləri arasında yaralıların olduğu bildirilir.

AzNews.az