22:36
(077) 610-22-33

Bolqarıstanda vaxtından qabaq seçkilər keçiriləcək

  • >
811 6 Avqust 2014 07:02 | Dünya

Bolqarıstanda yeni müvəqqəti hökumət formalaşıb. Ölkə prezidenti Rosen Plevneliev parlamentin buraxılması barədə sərəncam imzaladıqdan sonra beynəlxalq hüquq professoru Corci Bliznaşki hökumətin başına keçib. Prezident yeni baş nazirə oktyabr ayının 5-inə kimi ölkədə seçkilər keçirməyi tapşırıb.

Bliznaşki bildirib ki, müvəqqəti hökumət Avropa Birliyinin bu ölkəyə yardımını bərpa edəcək və Bolqarıstanın AB-nin bank ittifaqına qoşulması üçün fəaliyyətlərini gücləndirəcək. Bolqarıstan son günlərdə hökumət əleyhinə etirazlar və rüşvətxorluq skandaları ilə çalxalanır.

Sabiq baş nazir Plemen Oreşarski iyul ayının sonunda istefaya getmişdi.(Euronews )


AzNews.az
Bağla X