17:35
(077) 610-22-33

Ərdoğanın avtomobilinə hücum edildi - FOTO

  • >
1 861 6 Avqust 2014 10:22 | Dünya

Türkiyənin baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyasını həyata keçirən avtomobilə bıçaqlı və dəyənəkli hücum olub. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən Adana şəhərinin Kozan bölgəsində baş verib. Kozanın Varsaklar məhəlləsindəki hadisəni 3 nəfər naməlum şəxs törədib. Hücum edən şəxslər üzərində Ərdoğanın loqo, şəkil və "Mənim prezidentinim Rəcəb Tayyib Ərdoğan" yazısı olan 01 RT 581 nömrəli "Jeep" markalı avtomobilin sürücüsü Mustafa Elibola da hədə qorxu gələrək "sən hələ ağıllanmadın? Səni heç Ərdoğan da xilas edə bilməz"-deyərək avtomobilin ön şüşəsinə əllərindəki dəyənəklə vurublar. Sonra isə maşının təkərlərini partladıblar.

Sürücü polisə müraciət edib. Hadisə ilə bağlı istintaqa başlanılıb. Ədalət və İnkişaf Partiyasının (AKP Kozan bölgəsi üzrə rəhbəri Veli Gelebek hadisəni izlədiklərini deyib.



İntiqam Valehoğlu
AzNews.az
Bağla X