05:33
(077) 610-22-33

Mixail Boqdanov: “Əsəd hökuməti möhkəmdir və xalq tərəfindən dəstəklənir”

  • >
631 11 Sentyabr 2012 11:32 | Dünya

Rusiya Xarici İşlər nazirinin müavini və Yaxın Şərq məsələləri üzrə xüsusi elçisi Mixail Boqdanov Fransanın Le Fiqaro qəzetinə müsahibə verib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Boqdanov müsahibəsində Əsəd rejimini dəstəkləyən fikirlər səsləndirib və Qərbi dezinformasiya yaymaqda ittiham edib. Boqdanov bildirib ki: "Əsəd hökuməti möhkəmdir və xalq onun tərəfini saxlayır, çünki onlar hakimiyyət başına kimin gələcəyindən narahatdır".

O, həmçinin Əsədin prezident kürsüsündə xalqın istəyi ilə durduğunu və lazım olarsa, özünün də dediyi kimi, hakimiyyətdən gedə biləcəyini bir daha təkrarlayıb. Bununla belə, "Əsədin hakimiyyətdən gedə biləcəyi ilə bağlı fikrində nə qədər səmimidir" sualına Boqdanov birmənalı cavab verməkdə çətinlik çəkib.

Rusiyanın Əsədlə bağlı mövqeyinə də aydınlıq gətirən Boqdanov bildirib ki, Rusiya siyasi rəhbərliyi məsələnin diplomatik həll yolunun tükənmədiyi qənaətindədir.

Sadiq
AzNews.az
Bağla X