Ermənilərlə bağlı şok cavab- “Üzr istəyirəm, erməni dedilər mənə”

Türkiyə baş naziri və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanın televiziya kanallarından birində ermənilərlə bağlı işlətdiyi ifadə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

"Qafqazinfo" xəbər verir ki, NTV-də "Namizədlər danışır" proqramında qonaq olan baş nazir mətbuatda onun milliyəti ilə çıxan xəbərləri xatırlayıb və bildirib ki, əslən Rizəlidir, lakin İstanbulda doğulub, böyüyüb: "Mənim üçün bir zamanlar nələr dedilər. Gürcü dedilər. Üzr istəyirəm, daha çirkinini söylədilər, erməni dedilər".

Sosial media istifadəçiləri Ərdoğanın "üzr istəyirəm" sözünü işlətməklə erməni olmağın təhqir olmasına işarə etdiyini bildiriblər.

AzNews.az