01:01
(077) 610-22-33

ABŞ-ın hücumlarında 8 İŞİD üzvü öldürüldü

  • >
985 9 Avqust 2014 07:05 | Dünya

ABŞ-ın Mosulda təşkil etdiyi hava hücumlarında, İraq Şam İslam dövlətindən (IŞİD) 8 terrorçunun öldüyü, 20-sinin də yaralandığı bildirilir


Mosul şəhərindəki Əs-Salam xəstəxanasının həkimi Əhməd Həmidin bildirib ki, "xəstəxanaya İŞİD üzvlərindən 8 adamın cəsədi ilə 20 yaralı gətirilib. Bunlar, ABŞ-ın Erbil yaxınlığında Mosulun 60 kilometr şərqindəki əl-Xəzər bölgəsindəki hava hücumlarında ölən və yaralananlardır ".

Yaralıların çoxunun vəziyyətinin ağır olduğunu ifadə edən Həmid "Onlardan çoxu reanimasiya şöbəsindədirlər. Xəstəxananın daxilində isə geniş təhlükəsizlik tədbirləri görülüb" deyə bildirib.

Qeyd edək ki, ABŞ Hava Qüvvələri dünən də olmaqla 3 dəfə İraqın şimalında olan İŞİD terror təşkilatı hədəflərinə istiqamətli hücumlar təşkil edib.

AzNews.az
Bağla X