08:02
(077) 610-22-33

Yaponiyada güclü qasırğa - 1 ölü, 20 yaralı

  • >
844 9 Avqust 2014 18:59 | Dünya

Yaponiyada "Xalonq" qasırğası nəticəsində ən azı 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Şiddətli külək elektrik xətlərini sıradan çıxarıb, 4 min ev işıqsız qalıb.

Ümumilikdə, 140 tikiliyə ziyan dəyib. Qasırğa Yaponiyanın nəqliyyat sistemini də iflic edib. Hava limanlarında 500-dən çox aviareys ləğv olunub. Dəmiryol nəqliyyatı fasilələrlə işləyir.

Yaponiyanın meteoroloji idarəsi dağlıq ərazilərdə torpaq sürüşmələri və daşqınlar barədə əhalini xəbərdarlıq edərək, insanları ehtiyac olmadan küçəyə çıxmamağa çağırıb.(APA)
Bağla X