12:15
(077) 610-22-33

Donetskdə azərbaycanlılara məxsus 2 restoran partladıldı

  • >
845 9 Avqust 2014 19:23 | Dünya

Donetsk vilayətində partladılan restoranlarda tələfat olub
Ukraynanın Donetsk vilayətinin Strabeşovskiy şəhərində azərbaycanlılara məxsus "Ağdam" və "Astara" restoranları separatçılar tərəfindən partladılıb.

ANS PRESS-in məlumatın agörə, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədr müavini Nadir Zeynalov açıqlamasında deyib ki, hər iki hadisə avqustun 6-dan 7-nə keçən gecə olub.

O qeyd edib ki, müvafiq olaraq Qubad Sarıyevə və Tahir Ramazanova məxsus restoranlarda partlayış zamanı tələfat da olub: "Bizdə olan məlumata görə, ölənlər arasında azyaşlı uşaq da var. Lakin hazırda həmin ərazi separatçıların nəzarətində olduğu üçün dəqiqləşdirə bilmirik".

Azərbaycan Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyindəki nümayəndəsi Şahin Ocaqov bildirib ki, bu barədə məlumat onlara dünən daxil olub və tərəflərindən araşdırma aparılır: "Sadəcə olaraq, həmin ərazi ilə rabitə zəifdir deyə vəziyyəti tam dəqiqləşdirə bilmirik. Vəziyyəti tam araşdırandan sonra tələfatla bağlı dəqiq məlumat olacaq".


AzNews.az
Bağla X