- Köhnə - Dünya
- 9 Avqust 2014 21:55
- 2 620
Vurulan təyyarədə ölənlərin daha 42-in kimliyi müəyyənləşib
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın Təhlükəsizlik və Ədliyyə Nazirliyi bildirib.
Ümumilikdə ölənlərin hələ ki, 65-in şəxsiyyəti müəyyənləşdirilib.
Xatırladaq ki, iyulun 17-də "Malaysia Airlines" şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində vurulub. Hadisə zamanı 15 nəfəri ekipaj üzvü olmaqla, 298 nəfər dünyasını dəyişib. Təyyarənin rusiyameyilli separatçılar tərəfindən Donetsk vilayətindən vurulduğu ehtimal edilir.
AzNews.az