7 nəfər öldü, 6 nəfər yaralandı 7 nəfər öldü, 6 nəfər yaralandı

Müdafiə nazirinə qarşı sui-qəsd

7 nəfər öldü, 6 nəfər yaralandı



Yəmənin paytaxtı Səna şəhərində Müdafiə Naziri Məhəmməd Naser Əhmədə qarşı süi-qəsd həyata keçirilib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Nazirin xidməti maşınının yanında minalanmış avtomobil partladılıb. Nəticədə 7 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Ətrafdakı binalara da ciddi zərər dəydiyi bildirilir. Nazirin özünü isə cangüdənlər hadisə yerindən uzaqlaşdırmağa müvəffəq olublar. Nazirin isə hər hansı xəsarət almadığı deyilir.

Qeyd edək ki, müdafiə naziri son zamanlar iri miqyaslı anti-terror əməliyyatlarına rəhbərlik edib.

Sadiq
AzNews.az