02:56
(077) 610-22-33

İŞİD liderindən Ərdoğana hədə: “Mənə beyət etməlidir”

  • >
1 657 12 Avqust 2014 08:16 | Dünya

Türkiyənin baş naziri, ötən gün keçirilən seçkilərdə prezident seçilən Rəcəb Tayyib Ərdoğan terrorçu İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbubəkr əl-Bağdadi adı ilə tanınan şəxs tərəfindən hədələnib.

AzNews.az-ın məlumatına görə, özünü "İslam dövləti"nin xəlifəsi elan edən Əbubəkr əl-Bağdadi R.T. Ərdoğanı ona beyət etməyə çağırıb.

Dünyavi dəyərlərə, qanunlara qarşı çıxaraq minlərlə şəxsin ölümünə səbəb olan terrorçu lider hədəsini "Twitter" sosial şəbəkəsi vasitəsilə bəyan edib:

"Ərdoğan dünyəvi şəxsdir və şəriətə görə davranmır. O, peşmergəni (kürd silahlı qruplaşmaları) dəstəkləyir... Yaxın vaxtlarda İslam oğullarını qarşınızda görəcəksiniz. Ərdoğan tez bir zamanda mənə beyət etməlidir".

Ərdoğanın isə bu hədələrə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, İŞİD son 4 ay ərzində İraq və Suriyada onları dəstəkləməyənlərə - uşaq və qadınlara qarşı amansızca davranır. Bu müddətdə minlərlə günahsız insan İŞİD silahlıları tərəfindən qətlə yetirilib.

İŞİD lideri Əbubəkr əl-Bağdadinin isə əslində yəhudi kəşfiyyatçısı ölduğu bildirilir. Bu iddia ilə ABŞ-ın Rusiyada sığınacaq tapmış kəşfiyyatçısı Edvard Snouden çıxış edib. O deyib ki, Bağdadi ərəb yox, yəhudidir, əsl adı isə Şimon Eilotdur.



Əhməd
AzNews.az
Bağla X