ABŞ-dan İŞİD-ə daha bir zərbə

ABŞ-ın pilotsuz uçuş aparatı (PUA) İraqın şimalında yerləşən Sindjar şəhərində "İslam dövləti" döyüşçülərinə hava zərbəsi vurdub.

ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ-ın silahlı qüvvələrinin Mərkəzi komandanlığı xəbər verib.

"Təxminən saat 7:55-də ABŞ-ın pilotsuz təyyarəsi zərbə vurub və "İslam dövləti" döyüşçülərinin minaatan mövqeyini məhv edib. Terrorçuların xeyli silah-sursatı məhv edilib", - deyə komandanlıq bildirib.

Pilotsuz təyyarə zərbələri endirdikdən sonra hadisə zonasını tərk edib.

Daha əvvəl avqust ayının 12-də ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin qırıcıları İraqın şimal-qərbində "İslam dövləti" döyüşçülərinin mövqelərinə müvəffəqiyyətlə hücüm ediblər.

ABŞ-ın hesablama sisteminin Mərkəzi komandanlığının məlumatına görə, aviasiya həmçinin Sindjaradan cənuba, cənub-şərqə və şərqə blokpostlar üzrə raket-bomba zərbələrini vurub.

Həmin yerdə iki yük maşını və döyüşçülərin zirehli avtomobili məhv edilib.

AzNews.az