10:30
(077) 610-22-33

İsrailin gizli Suriya əməliyyatı

  • >
560 11 Sentyabr 2012 16:42 | Dünya

2007-ci ildə İsrailin Suriyaya qarşı əməliyyat həyata keçirdiyi məlum olub



Suriya ərazisində tikilməkdə olan "Əl-Kibar" Atom Elekrtik Stansiyasının 2007-ci ildə İsrail Hərbi Hava Qüvvələrinin F-15 və F-16 qırıcı-bombardımançı təyyarələri tərəfindən bombalandığı haqda gizli sənədlər ortaya çıxıb.

The New Yorker qəzetinin verdiyi xəbərə görə, 2007-ci ildə MOSSAD agentləri Suriya Atom Enerjisi Qurumunun rəhbəri İbrahim Osmanın qaldığı evə basqın edərək onu sorğulayıb.

AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, dindirilmə zamanı Osmanın verdiyi ifadə üzrə İsrail Suriyaya qarşı hava əməliyyatı planı hazırlayıb.

Ehud Olmertin baş nazir olduğu dövrə təsadüf edən hadisə zamanı İsrail təyyarələrinin alçaqdan uçaraq Suriya radarlarına yaxalanmadan Suriyanın mərkəzi hissələrində tikilməkdə olan Atom Elektirik Stansiyasının ərazisinə 17 ton bomba yağdırdığı bəlli olub.

Əməliyyatda iştirak edən təyyarələrin birinin yanacaq tankerinin Türkiyənin Urfa vilayətində, Suriya sərhədinə yaxın bir yerdə tapıldığı da qəzetin verdiyi məlumatlar arasındadır. O dövrdən sirr kimi saxlanılan bu əməliyyatın gizli detalları 5 ildən sonra ilk dəfə olaraq mətbuata sızıb. Bombardıman haqqında Suriya tərəfi də indiyədək susmağa üstünlük verərək bu məsəlini heç vaxt qabartmayıb.

AzNews.az
Bağla X