01:07
(077) 610-22-33

Yaponiya Rusiyanı hədələdi - Hərbi təlimlərə etiaz

  • >
1 402 13 Avqust 2014 11:22 | Dünya

Yaponiya Rusiyanın Kuril adalarında hərbi təlimlərə başlamasına ciddi etiraz edib.


AzNews.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Yaponiyanın baş naziri Sinzo Abe bildirib ki, Rusiya avqustun 12-dən başlayaraq, Cənubi Kuril adalarında hərbi təlimlər keçir. Təlimlər əsasən Kunaşir və İturup adalarında aparılır.

Baş nazir deyib ki, onlar bununla bağlı Rusiyaya rəsmi etirazlarını bildirəcəklər.

Qeyd edək ki, Kurilin cənub hissəsində yerləşən Kunaşir və İturup adalarında 1000 hərbçinin və çoxlu sayda hərbi texnikanın iştirakı ilə təlimlər başlanıb. Təlimlərə Hərbi Dəniz Qüvvələri də qoşulacaq.

Məhəmməd
AzNews.az
Bağla X