04:07
(077) 610-22-33

Dəhşət: Ata iki uşağını canlı bomba olmaq üçün İŞİD-ə verdi

  • >
929 13 Avqust 2014 17:10 | Dünya

Hələ 10 və 11 yaşlarında olan iki uşağını canlı bomba kimi istifadə etmək üçün İraq Şam İslam Dövlətinə (İŞİD) təslim edən ata dünyanı dəhşətə salıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti isə canlı bomba olmaq üçün verilən iki uşağı Türkiyədə axtarır.

Abdullah və Əhməd adlı iki uşağını İŞİD yaraqlılarının canlı bombası olması üçün Türkiyəyə aparan ata Avropanı ayağa qaldırıb.

Məlumatda qeyd edilir ki, Səudiyyə Ərəbistanında Naser əl-Shayeq adlı bir ata həyat yoldaşına "uşaqlarımla tətilə çıxıram" deyərək onları Türkiyəyə aparıb və şəhid olması üçün İraq Şam İslam Dövləti (IŞİD) xadimlərinə təslim edib.

Avropa mətbuatının geniş yer verdiyi xəbərdə, ananın bu vəziyyətdən həyat yoldaşının Türkiyədə İnstagram hesabından uşaqlarının fotoşəkillərini yaymasından sonra xəbərdar olduğu açıqlanıb.

İnstagram-da "Uşaqlarım Allah yolunda şəhid olmaq üçün yola çıxdı" mesajı yazan ata Naser əl-Shayeqin məqsədinin uşaqlarından canlı bomba kimi istifadə olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı hökumətinin şəxsən bu hadisəyə əl qoyduğu xatırladılan məlumatda səlahiyyətlilərin Türkiyə hökuməti ilə təmasa keçdiyi və uşaqların tapılması üçün kömək istədiyi bildirilir.

AzNews.az
Bağla X