İtaliyada təyyarə yandı- 121 sərnişin öldü

İtaliyanın Florensiya şəhərinin aeroportunda yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, "Vueling Airlines" ispan şirkətinə məxsus Parisdən gələn Airbus A319 təyyarəsi eniş vaxtı qəfildən alışıb.

Hadisə zamanı hava gəmisinin içində 121 sərnişin olub. Onları təcili təxliyyə etmək lazım olub: insanlar hava ilə doldurulan qəzalı pilləkənlər (traplar) üzrə layneri təcili tərk etməyə məcbur edilib.

Bu zaman Airbus-a yaxınlaşan yanğın söndürənlər tezliklə alovun tamamilə öhdəsindən gəlməyi bacarıb.

Hal-hazırda aeroport iş rejimini bərpa edib.

Xatırladaq, bu günlərdə belə bir fövqəladə hadisə Puerto-Rikoda San-Xuan şəhərinin beynəlxalq aeroportunda baş vermişdi. Orada Nyu-Yorkdan gələn "JetBlue" şirkətinin A320 təyyarəsinin mühərriki yanmışdı.

Bütün 186 sərnişin o anda təcili təxliyyə edilmişdi.

AzNews.az