Bir nəfər ABŞ vətəndaşı həlak olub Bir nəfər ABŞ vətəndaşı həlak olub

ABŞ-ın Benqazidəki konsulluğuna silahlı üçüm edildi

Bir nəfər ABŞ vətəndaşı həlak olub



Liviyanın Benqazi şəhərindəki ABŞ konsolluğuna bir qrup radikal islamçı silahlı hücum edib, bir nəfər ABŞ vətəndaşı həlak olub. Daha bir ABŞ vətəndaşı yaralanıb.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, kosluluğun qarşısında etiraz aksiyası keçirən islamçılar sonradan binanı qumbaraatandan atəşə tutublar. Konsulluğun binası tamamilə yanıb. Yerli polis bildirib ki, konsulluğun işçiləri təhlükəsiz yerə evakuasiya olunub. Hücuma səbəb guya ABŞ-da bir Misir xristianının islamı təhqir edən filmin çəkilişi olub.

Sentyabrın 11-də etiraz aksiyası ABŞ-ın Qahirədəki səfirliyin qarşısında olub. Etirazçılar səfirliyin binası üzərindəki ABŞ bayrağını çıxarıblar. Polis etirazçıları səfirliyin qarşısından kənara çəkməyə müvəffəq olub.

AzNews.az