15:24
(077) 610-22-33

Putin Krımda görüşlərə başladı

  • >
759 14 Avqust 2014 07:46 | Dünya

Rusiya prezidenti Vladimir Putin federasiyaya ilhaq edilən Ukraynanın Krım Muxtar Respublikasına iki günlük səfəri zamanı yarmadanın rəhbərliyi ilə görüşlərə başlayıb.



AzNews.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, V. Putin avqustun 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasını keçirib, yarmadanın siyasi dairələri ilə görüşüb, Krımın sosial-iqtisadi problemlərinə həsr edilən iclasda iştirak edib.

Həmçinin, Putin Sevastopol qubernatoru Serqey Menyaylo və Krımın rəhbəri vəzifəsini icra edən Serqey Aksyonovla atrı-ayrılıqda görüşüb.

Putini səfər zamanı baş nazir Dmitriy Medvediyev, Dövlət Dumasının sədri Serqey Narışkin, o cümlədən Rusiya parlamentinin komitə sədrləri və siyasi fraksiyalarının rəhbərləri, nazirlər müşayiət edir.

Səfər çərçivəsində V. Putin Krımın mədəniyyət nümayəndələri ilə də görüşəcək.

Məhəmməd
AzNews.az
Bağla X