02:51
(077) 610-22-33

Türkiyə hökumətinə rəhbərilik edəcək şəxslər bəlli oldu - SİYAHI

  • >
3 923 14 Avqust 2014 08:37 | Dünya

Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçilməsindən sonra hökumətə rəhbərlik edəcək şəxsin kimliyi ilə bağlı ölkənin siyasi dairələrinin kuliarlarında müzakirələr aparılır.



AzNews.az-ın məlumatına görə, Türkiyə mediası bununla bağlı bir sıra araşdırmalar aparıb. Siyasi icmalçıların ehtimallarına əsasən, hakim qurum - Ədalət və İnkişaf Partiyası (AKP) hələ prezident seçkilərindən əvvəl baş nazir postuna namizəd ola biləcək şəxsləri müəyyənləşdirib.

AKP kuliarlarından verilən məlumatlara görə, bu siyahıda ilk yeni Türkiyənin 11-ci prezidenti, taxtını silahdaşı Ərdoğana vermiş Abdullah Gül dayanır. Növbəti yerləri isə Binəli Yıldırım, Numan Kurtulmuş, Süleyman Soylu və Əhməd Davudoğlu tutur.

Abdullah Gülün baş nazir olması isə hüquqi-prosedur baxımından mümkün deyil. Buna səbəb isə parlament tərəfindən seçilən baş nazirin deputat olmasının vacibliyidir. A. Gül isə Böyük Millət Məclisinin deputatı deyil.

Siyasi şərhçilərin fikrincə, A. Gülün bu iddiasının mümkünsüzlüyü isə xarici işlər naziri Əhməd Davudoğlunu önə çıxarıb.

AKP-dən olan deputatların mediadan qapalı saxlanılan iclasında da Ə. Davudoğlunun namizədliyinin veriləcəyinə dair ilkin razılaşmanın əldə edildiyi də bildirilib.

AKP-nin Ərdoğanın iştirakı ilə avqustun 15-də keçiriləcək növbəti iclasında bu məsələnin yekun olaraq müzakirə ediləcəyi də deyilir.
Siyasi icmalçıların sözlərinə görə, araşdırmalar zamanı müəyyən etmək olur ki, AKP-nin sədri olacaq və buradan da baş nazir postuna irəli sürüləcək təmsilçisi Əhməd Davudoğlu olacaq.

Məhəmməd
AzNews.az
Bağla X