02:45
(077) 610-22-33

Donetsk və Luqansk arasında həlledici döyüş olacaq

  • >
1 386 14 Avqust 2014 11:41 | Dünya

Rusiyameyilli separatçılar nəzarətlərində olan Donetsk və Luqansk şəhərlərinin Ukrayna Silahlı Qüvvələrinin bir-birindən izolyasiya etmək cəhdinin qarşısını almaq istəyir.



AzNews.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin mətbuat katibliyindən bildirilib ki, terrorçular Donetsk vilayətinin Rossıpnı kəndi yaxınlığına çoxlu sayda canlı qüvvə və texnika toplayır.

İlkin məlumata görə, canlı qüvvənin sayı 600-dən artıqdır.
Məlumatda o da qeyd olunub ki, Rossıpnı kəndi Donetsk və Luqansk şəhərləri arasında separatçıların nəzarətində olan yeganə iri yaşayış məntəqəsidir.

Ukrayna hərbi dairələri "Donetsk Xalq Respublikası"nın silahlılarının rəhbəri İqor Qirkinin ağır yaralanması haqda məlumatsız olduqlarını bildirib.

Məhəmməd
AzNews.az
Bağla X