12:19
(077) 610-22-33

Atəşkəsin müddəti uzadıldı - VİDEO

  • >
1 169 14 Avqust 2014 13:54 | Dünya

İsrail tərəfi Yaxın Şərqdə atəşkəsi uzadıb.



ANS TV-nin məlumatına görə, İsrail Qəzza zolağında yeni elan edilmiş 5-günlük atəşkəs başa çatdıqdan sonra onun daha da uzadılmasına razılıq verib. Bu məlumatı İsrail tərəfi çatdırıb.

İndiyədək elan edilmiş ən uzunmüddətli atəşkəsin daha da uzanacağı xəbəri danışıqlarda münaqişənin həllində irəliləyiş olacağına dair ümid yaradıb. Lakin yenə də hər şeyin "Həmas"dan asılı olduğu deyilir. Çünki onlar indiyədək ya atəşkəsi pozub, ya da rədd ediblər.

Sonuncu atəşkəsin bitməsinə bir neçə saat qalmış Fələstin açılan atəşlərə cavab olaraq Qəzza zolağına bir neçə raket zərbəsi endirib. İsrail ordusunun mətbuat xidmətinin açıqlamasına görə, İsrailin müdafiə qüvvələri bütün Qəzza zolağında terror qrulaşmasına məxsus obyektlərə hücum edir.

İyulun 8-də İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri 1900-dən çox fələstinli ölüb, İsrail tərəfi isə 67 nəfər itki verib.



AzNews.az
Bağla X