Erməniləri qovurlar- VİDEO

Ermənistan mətbuatı çox narahatdır, çünki ermənilərə Avropada qalmağa icazə vermirlər.

ANS TV-nin məlumatına görə, Avropa Birliyi üzv ölkələrə üz tutan Ermənistan vətəndaşlarına qadağalar tətbiq edir. Bu yenilik Ermənistan sakinləri üçün arzuolunmaz vəziyyət yaradıb. İş o yerə çatıb ki, erməniləri "kiçik bacısı" adlandıran fransızlar da qəbul elmək istəmirlər.

Bu kadrlar Fransanın Nansi şəhərində sığınacaq tapan erməni ailəsinin polis tərəfindən ölkədən qovulmasını əks etdirir. "Francetv"-nin məlumatına görə, 4 nəfərlik ailə Paris Hava Limanına gətirilərək Ermənistana yola salınıb. Fransa ilə bərabər Belçika, Almaniya, Avstriya və Niderlanda getmək istəyən Ermənistan vətəndaşları oxşar aqibətlə üzləşirlər.

Yaxın vaxtlarda bu embarqoya AB-nin digər ölkələri də qoşula bilər. Ermənistanda isə ölkəni tərk etmək istəyən vətəndaşların sayı ildən-ilə artır. Bu ilin 6 ayında belə şəxslərin sayı 110 mindən çox olub.

Ermənistan Statistika Komitəsinin açıqlamasına görə, ölkədə daimi əhalinin sayı kəskin azalıb. Komitə həyacan təbili çalıb ki, keçən illə müqayisədə ölüm səviyyəsi 4,3 % artıb. Erməniləri təkcə Rusiya Federasiyası qəbul edir.

Çox güman ki, müəyyən bir vaxta kimi. O zamana kimi isə erməni xalqı yaranmış mürəkkəb vəziyyətdən başqa çıxış yolu axtaracaq.

Artıq ermənilər anlamağa başlayıblar ki, keçmiş Qarabağ yaraqlısı Serj Sarkisyanın başı dövlət işlərilə müqayisədə avtomatdan daha yaxşı çıxır. Küçələrə axışan ermənilərə isə silah, müharibə lazım deyil, onlar iş yeri, sosial rifah, yaxşı yaşayış tələb eləyirlər.

AzNews.az