10:20
(077) 610-22-33

“Ebola hava yolu ilə keçmir...”

  • >
937 14 Avqust 2014 22:57 | Dünya

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebola ən yoluxucu xəstəliklərdən biridir, ancaq qurum bildirir ki, bu virus hava yolu ilə keçmir.

Musavat.com-un məlumatına görə, BMT-nin mətbuat xidməti ÜST-dən olan doktor İzobel Nyutaldan sitat gətirib: "Qripdən və vərəmdən fərqli olaraq, Ebola virusu insandan insana hava yolu ilə keçmir. Yoluxma yalnız xəstədən ayrılan ifrazatlarla – qan, tüpürcək, tər və s.-lə birbaşa təmasda olduqda baş verir".

Doktor bildirib ki, Ebola virusuna yoluxma riski hətta xəstəliyin yayıldığı Afrika ölkələrindən qalxan aviareyslərdən istifadə zamanı da olduqca azdır.

Qeyd edək ki, xəstəliyə qarşı hələ ki, effektli peyvənd hazırlamaq mümkün olmayıb.

AzNews.az
Bağla X