16:51
(077) 610-22-33

BMT İraqın Baş nazirinin istefasını tarixi hadisə adlandırdı

  • >
668 15 Avqust 2014 07:33 | Dünya

BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Nikolay Mladenov bu ölkənin Baş naziri Huri əl-Malikinin istefasını tarixi hadisə adlandırıb.



APA-nın "UNN" agentliyinə istinadən verdiyi xəbərə görə, BMT rəsmisi qeyd edib ki, əl-Malikinin qərarı onun dövlət müdrikliyini, Konstitusiya və demokratiyaya sədaqətini nümayiş etdirir.

Məlum olduğu kimi, İraqın Baş naziri Nuri əl-Maliki istefaya getməyə razılıq verib.

Avqustun 11-də İraqın prezidenti Fuad Maasum Heydər əl-Abadini ölkəyə yeni Baş nazir təyin edərək ona 30 gün ərzində hökuməti formalaşdırmağı tapşırıb.

AzNews.az
Bağla X