20:43
(077) 610-22-33

Rusiya zirehli texnikası Ukraynaya daxil oldu

  • >
1 735 15 Avqust 2014 09:51 | Dünya

Ukrayanın şərqi üçün humanitar yardım karvanını müşaiyət edən Qərb jurnalistləri Rusiyanın şəxsi heyəti daşıyan zirehli transpartyorlarının(ZTP) Ukrayna ilə sərhəddi keçdiyini gördüklərini iddia edirlər.

AzNews.az-ı məlumatına görə,Britaniyanın "Daily Telegraph" qəzetindən Roland Oliphant BBC-yə deyib ki, gün batandan sonra o minimum 23 şəxsi heyəti daşıyan zirehli transpartyor və digər rus maşınları görüb.

Onun sözlərinə görə, Rusiya müdaxiləsindən danışmaq lazım olmasa da, bu fakt Ukrayna hakimiyyətinin Rusiya əsgərlərinin separatistləri dəstəklədiyi haqda ittihamlarını doğruldur.

Daha öncə Britaniyanın "Guardian" qəzetinin müxbiri Shaun Walker özünün Twitter səhifəsində yazıb ki, 20 şəxsi heyəti daşıyan zirehli transpartyorları və Rusiya hərbi nömrəli ordu yük maşınlarının Rusiya-Ukrayna sərhəddinə yaxınlaşdığını və daha sonra Donetsk-Rastov rayonunda sərhəddi keçdiklərini öz gözü ilə görüb,
Ukrayna hakimiyyəti bu məlumatı yoxlayacağını bəyan edib.

AzNews.az
Bağla X