22:27
(077) 610-22-33

Daha bir ölkə İraqa humanitar yardım göndərdi

  • >
757 15 Avqust 2014 14:25 | Dünya

Amerika Birləşmiş Ştatları və Böyük Britaniyadan sonra Almaniya da İraqın şimalına humanitar yardım göndərib. Ölkənin şimalındakı Hon aviabazasından humanitar yardımı daşıyan 4 karqo təyyarəsi havaya qalxıb. Təyyarələrin 36 ton humanitar yük daşıdığı bildirilir. Yardımın bu axşam İraqın Ərbil şəhərinə çatacağı gözlənilir.

anspress-in məlumatına görə, Almaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, humanitar yardım paylanmaq üçün İraqdakı BMT ofisinə təhvil veriləcək.

Almaniya həmçinin İraqa avtomobillər, generatorlar və partlayıcı qurğu detektorlarından ibarət yardım göndərməyi də planlaşdırdığını bəyan edib.

AzNews.az
Bağla X