Londondan Moskvaya sərt xəbərdarlıq: “Əks halda...”

İngiltərə Rusiya qoşunlarının Ukraynaya girməsi ilə bağlı xəbərlərdən ciddi narahatdır. Musavat.com-un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə xarici işlər naziri Filipp Hemmond Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü toplantısındakı çıxışı zamanı söyləyib.

Nazir avqustun 14-dən 15-ə keçən gecə Rusiya hərbi nəqliyyat vasitələrinin Ukrayna sərhədini keçməsi haqda yayılan xəbərlərin həyəcanla qarşılandığını bildirib. "Əgər Ukraynanın şərqində Rusiya hərbi və nəqliyyat vasitələri varsa, onlar ərazidən təcili şəkildə çıxarılmalıdır, əks halda nəticələr çox pis olacaq", - deyə XİN başçısının xəbərdarlığında vurğulanır.

Qeyd edək ki, Rusiya hərbi texnikasının Ukrayna sərhədini keçməsi haqda ilk dəfə Litva bəyan eləmişdi.

AzNews.az