13:27
(077) 610-22-33

İranın ali lideri Amerikanı irqçilikdə suçladı

  • >
748 16 Avqust 2014 11:27 | Dünya

Xəbər verdiyimiz kimi ki, ötən şənbə 18 yaşlı qaradərili Maykıl Braunun polis tərəfindən güllələnməsi bütün Amerikanı silkələyib.



Onun saxlanıldıqdan sonra polis maşınına yerləşdirildiyi bildirilir. Fəlakətlə nəticələnən hadisə də polis maşınında baş verib. Belə bir iddia var ki, o, maşında olarkən polislə əlbəyaxa olub. Buna görə də polislər onu güllələyib. Ancaq şahidlər iddia edirlər ki, Braun polislə qarşılaşanda silahsız olub və əllərin yuxarı qaldırıb, buna baxmayaraq polis ona atəş açıb.

Missisuri ştatının polis orqanları bildiriblər ki, öldürülən şəxs hadisədən bir az əvvəl mağazadan oğurluq edərkən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Maykl Braunun 22 yaşlı Dorian Consonla birlikdə dəyəri 48,99 dollar olan "Swisher Sweets" siqar qutusu oğurladığı iddia edilir. Baş verən bu hadisə Amerikanın əsas gündəm məsələsidir. Hadisənin baş verdiyi Missisuri ştatının Ferqyuson şəhərinin qaradərili sakinləri üsyana qalxıb və hələ də sakitləşməyiblər. Hətta prezident Obama da məsələ ilə bağlı polisi kəskin tənqid edib.


ÖLDÜRÜLƏN GƏNC

Bu məsələyə İranın ali dini lideri, ayətullah Əli Xamneyi də münasibət bildirib. Qərb mediasının yaydığı xəbərlər də deyilir ki, Tweeterdə serial statuslar yazan dini lider polisin Ferqyuson şəhərində keçirilən mitinqi zorakılıqla dağıtmasını həyasızlıq kimi dəyərləndirib.

Cənab Xamneyinin statusları belədir: "Bügünkü dünya tiranlarla və yalanla doludur. İnsan hüquqları bayrağı insan hüquqlarına düşmən olan Qərbin və Amerikanın əlindədir".

İkinci statusda isə deyilir: "Baxın, görün Amerika hökuməti qaradərili icma ilə necə rəftar edir! Bu 50-100 il öncə baş vermir, bütün bunlar bu günün hadisələridir"!

Üçüncü status isə belədir: "İrqi ayrı-seçkilik Amerikada insanları hələ də dilemma qarşısında qoyur. Hələ də insanlar qaradərili olduqlarına görə özlərini müdafiə olunmuş hiss etmirlər. Polisin onlarla rəftarı da onların müdafiəsiz olduğunu göstərir".


musavat.com
Bağla X