ABŞ xəfiyyəsindən şok: “İŞİD planın tərkib hissəsidir” - Foto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, hazırda Rusiyada siyasi sığınacaqda olan Edvard Snouder maraqlı bir iddia ilə yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, keçmiş kəşfiyyatçı İŞİD terror təşkilatının İsrailin təhlükəsizliyini təmin etmək üçün Amerika, İngiltərə və İsrail kəşfiyyatıyla birgə çalışdığını irəli sürüb. Keçmiş ABŞ agentinin sözlərinə görə, İŞİD bölgədə İsrailin təhlükəsizliyini təmin edir və bu planla ABŞ, İngiltərə və İsrail kəşfiyyatları dünyadakı bütün terror qruplaşmalarını "eşşək arısı yuvası" adlı strategiya ilə bir araya gətirməyə çalışır.

Xatırladaq ki, Snovun irəli sürdüyü iddialar zaman keçdikcə öz təsdiqini tapır. ABŞ xəfiyyəsi daha öncə İŞİD lideri Əbubəkr Əl-Bağdadiyə bir il İsrail Xüsusi Xidmət orqanı olan MOSSAD tərəfindən hərbi və dini təhsil verildiyini bildirmişdi. Eyni zamanda, Snouder Bağdadinin Vaşinqtonda bir görüşdə keçmiş senator Con Makkayn ilə eyni fotoşəkildə olduğunu da bildirmişdi.
image description image description image description