İŞİD Davud peyğəmbərin türbəsini dağıdıb - VİDEO

İslam Dövləti ("İraq Şam İslam Dövləti" – İŞİD) terror qruplaşması Hələb şəhərinin şimalında yerləşən və iyulun 14-də ələ keçirdiyi türkmən kəndi Toybukda həzrəti Davud peyğəmbərin türbəsini buldozerlərlə dağıdıb.

APA TV-nin məlumatına görə, bu barədə "Al Jazeera" xəbər yayıb.

Qruplaşma üzvləri türbə ətrafında yerləşən və ziyarətçilərin namaz qıldıqları məscidi də dinamitlə partladaraq, məhv ediblər. Həzrət Davud (ə.) adına inşa edilmiş türbənin tikildiyi tarix məlum deyil.

Qeyd edək ki, İŞİD terror qruplaşması bundan əvvəl isə Suriyanın Qamışlı bölgəsində Naqşibəndi təriqətindən olan şeyxlərin türbələrini bombalamışdı.



AzNews.az