ABŞ terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) adlı qruplaşmanın lideri Əbubəkir əl Bağdadi adlı şəxsin tutulması üçün əməliyyata başlayıb. ABŞ terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) adlı qruplaşmanın lideri Əbubəkir əl Bağdadi adlı şəxsin tutulması üçün əməliyyata başlayıb.

ABŞ “İŞİD” liderinin tutulması üçün məxfi əməliyyata başladı

ABŞ terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) adlı qruplaşmanın lideri Əbubəkir əl Bağdadi adlı şəxsin tutulması üçün əməliyyata başlayıb.


AzNews.az-ın məlumatına görə, bu barədə İngiltərənin "Mirror" qəzeti xəbər verib. Qəzet yazır ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən göndərilən 100 nəfərdən ibarət xüsusi təyinatlı "İŞİD"in liderini ələ keçirmək üçün təlimatlandırılıb.

Mətbuat orqanına məlumatı verən mənbə əməliyyatla bağlı başqa heç nə deməyib.

Qəzet yazır ki, bu "Əl Qaidə"nin lideri Hüssama Bin Ladendən sonra MKİ-nin həyata keçirdiyi ən iri əməliyyat sayılır.

Qeyd edək ki, İŞİD adlı terrorçu qruplaşma Suriya və İraq ərazlərinin bir hissəsini ələ keçirməklə "şəriət" dövləti qurduğunu bəyan edib. Ancaq qruplaşma ələ keçirdiyi bütün yaşayış məntəqələrində onların mövqeyini dəstəkləməyən yaşından və cinsindən asılı olmayaraq, bütün şəxslərə qarşı qəddar davranır. Artıq onlar tərəfindən minlərlə uşaq, qadın, yaşlı qətlə yetirilib.



Məhəmməd
AzNews.az