Luqanskda hökumət qüvvələri ilə rusiyameyilli döyüşçülər arasında gərgin küçə döyüşləri gedir. Luqanskda hökumət qüvvələri ilə rusiyameyilli döyüşçülər arasında gərgin küçə döyüşləri gedir.

Ordu Luqanskın mərkəzinə girdi- küçə döyüşləri gedir

Luqanskda hökumət qüvvələri ilə rusiyameyilli döyüşçülər arasında gərgin küçə döyüşləri gedir.

AzNews.az-ın məlumatına görə, artıq Luqansk şəhərinə Ukrayna Milli Qvardiyası, Daxili Qoşunlar və xüsusi təyinatlılar daxil olub.
Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib ki, xüsusi hərbi birləşmələr separatçıların möhkəmləndiyi atəş nöqtələrini sıradan çıxarmağa çalışır.

Separatçılar tərəfdə Rusiyanın ixtisaslı hərbçiləri döyüşür. Onların arasında Rusiya Müdafiə Nazirliyinin Dövlət Kəşfiyyat İdarəsinin əməkdaşları və çeçen milliyətindən olan döyüşçülər də var.

Artıq hökumət qüvvələri Luqanskın mərkəzinə daxil olublar, döyüşlər şəhərin əsas küçələrində gedir.

Məhəmməd
AzNews.az