13:17
(077) 610-22-33

Vəhhabi şeyxinin biabırçı fətvası naziri özündən çıxardı

  • >
1 277 19 Avqust 2014 18:36 | Dünya

Misirin tanınmış din xadimlərindən biri, ölkədəki sələfilərin liderləri arasında xüsusi hörməti olan şeyx Usama əl-Kavsinin son fətvası qalmaqala səbəb olub.

AzNews.az bizimyol.info-ya istinadən xəbər verir ki, Əl-Kavsinin fətvasına görə, müsəlman kişi evlənmək niyyətində olduğu qadını nikahdan əvvəl hamamda çimərkən gizlicə güdə bilər.

Əl-Kavsinin bu sözlərindən sonra Misirin Din İşləri üzrə naziri Məhəmməd Muxtar sərt reaksiya verib: "Mən həmin şeyxdən soruşmaq istəyirəm. Qızının müşahidə olunmasına icəzə verərsənmi? Əgər "Bəli" deyirsənsə sənin nə dinlə, nə də mədəniyyətlə əlaqən var".

AzNews.az
Bağla X