10:19
(077) 610-22-33

Moskva şokda: Məşhur bina Ukrayna bayrağı rəngdə - (Foto)

  • >
4 271 20 Avqust 2014 10:40 | Dünya

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Sovet dövrünün göydələnlərindən birinin qülləsinin üzərindəki SSRİ gerbi Ukrayna bayrağı rəngdə boyanıb.



AzNews.az-ın məlumatına görə, paytaxt sakinləri səhər açılanda Stalin dövrünün yadıgarı olan xüsusi memarlıq nümunəsi ilə seçilən və Moskvanın uzun illər simvollarından sayılan binanın qülləsindəki gerbin Ukraynanın Dövlət Bayrağının rəngində boyandığını görüblər.

Moskvalıları şoka salan bu hadisənin araşdırılmasına dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda paytaxt meriyası boyanı silməyə çalışır.
Hüquq-mühafizə orqanlarındakı mənbə isə yerli mediaya deyib ki, artıq hadisə ilə bağlı polis idarəsinə bir neçə gənc gətirilib. Gənclərin hadisənin törədilməsinə bağlılıqları olduğu ehtimal olunur.

Moskva meriyası isə hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, bu bina paytaxtın mərkəz hissəsində Moskva çayının yaxınlığında "Kotelniçeski sahili" adlı ərazidə yerləşir.









Məhəmməd
AzNews.az
Bağla X